Haqqımızda

Qlobal Məqsədlər kimi tanınan Davamlı İnkişaf Məqsədləri , yoxsulluğun aradan qaldırılması, planetin qorunması , bütün insanların sülh və firavanlıqdan zövq almasını təmin etmək üçün  həyata keçirilən universal çağırışdır. İqlim dəyişikliyi,iqtisadi  bərabərsizlik , yenilik, davamlı istehlak, sülh  vəədalətiəhatə edən bu 17 məqsəd, Minilliyin  İnkişaf Məqsədlərinin  uğurları üzərində qurulmuşdur.Məqsədlər bir-birinə bağlıdır- adətən  bu istiqamətdə uğur qazanmağın  açarı  məqsədlərin  əsasən  bir-biriləəlaqəli olmasıdır.

Davamlı İnkişaf Məqsədləri   gələcək nəsillərə,  davamlı bir şəkildə həyatın yaxşılaşdırılması  üçün  indi doğru seçimlər etməklə tərəfdaşlıq və təcrübə  ruhunda  çalışır.Bütün ölkələrin  öz prioritetlərinə  və dünyanın ekoloji problemlərinə  uyğun olaraq  qəbul etmələri üçün  aydın təlimatlar və  hədəflər verirlər.

Davamlı İnkişaf Məqsədləri gündəmə daxildir.Onlar yoxsulluğun  kök səbəblərini  həll edir və həm insanlara,həm də planetə  müsbət dəyişiklik etmək üçün  bizi  birləşdirirlər.

Cəmiyyətin davamlı inkişafa, sosial bərabərsizliyin azaldılmasına, yerli və qlobal səviyyədə  yaşayışşəraitinin  yaxşılaşdırılmasına dair qlobal transformasiyaya ehtiyac  vardır.Davamlı İnkişaf Məqsədləri  universal ,ambisiyalı , davamlı inkişaf gündəliyini əks etdirən təhsil, səhiyyə,ətraf mühit ,sənaye,ədalət,idarəetmə, şəhərlər və başqaları arasında olan bu ehtiyaclara cavabdır.

Sağlamlıq və demoqrafik dəyişiklik, ərzaq təhlükəsizliyi,hamı üçün keyfiyyətli təhsil,təhlükəsiz və təmiz su,yaşıl və səmərəli enerji mənbələri, iqlim dəyişikliyi,inklüziv və təhlükəsiz  cəmiyyətlər kimi problemlərin  eyni zamanda qlobal və yerli  səviyyəyə cavab verən universitetlərin iştirakını tələb edir.

Məqsəd - bir tərəfdən,dünyanın qlobal çağırışlarına (Davamlı İnkişaf Məqsədlər ilə yekunlaşaraq) və digər tərəfdən,millət  və ya cəmiyyətin iqtisadi ,sosial və mədəni inkişafına  yardım etməkdir.

24-25 Noyabr,2017-ci il tarixində  Bakıda baş tutacaq “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində  elmin  rolu” adlı beynəlxalq elmi konfransa Sizi dəvət etməkdən məmnunluq hissi duyuruq.

Beynəlxalq Konfransda,  xüsusilə universitetlər, hökumətlər, şəhərlər və dövlət qurumları arasında davamlı inkişaf məqsədləri ilə  məşğul olan bütün milli və beynəlxalq öncüllərin   təhlil və müzakirəsi üçün beynəlxalq səviyyədə bir tədbir təşkil etməyi  nəzərdə tuturuq.

2 gün ərzində tədbir iştirakçıları Davamli İnkişaf Məqsədlərlə bağlı  yaranan  çətinliklər ətrafında müzakirələri aparmaq,  müxtəlif sahələrdən olan mütəxəssisləri dinləmək və ideyaları,təcrübələri və gözləntiləri bölüşmək üçün görüşəcəkdir.Bu  müzakirələr zamanı bilik, elmi inkişafın  , yerli və qlobal arenaların qarşılıqlı münasibətlərinin yaranmasına  xüsusi diqqət yetiriləcəkdir.





Partnyorlar












Media Partnyor




Faydalı Linklər