Məqalə qəbulu

Sizi, 24-25 noyabr,2017-ci ildə  Bakıda keçiriləcək Davamlı İnkişaf üzrə Beynəlxalq Elmi Konfransa-“Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində  elmin  rolu” adlı tədbirə  qatılmağa dəvət edirik.

Davamlı İnkişaf üzrə Beynəlxalq Elmi Konfrans -2017, konfrans iştirakçılarını görkəmli liderlərlə qarşılıqlı əlaqə qurma imkanları ilə təmin edəcək, beynəlxalq alim və mütəxəssislər şəbəkəsini  daha da  genişləndirəcəkdir.

Konfrans mövzuları

Konfrans proqramı çərçivəsində  aşağıdakı mövzular üzrə məqalə qəbulu elan edirik:

  • Fundamental  Davamlı İnkişaf Məqsədləri Araşdırmasının  rolu,
  • BMT-nin Qlobal Saziş layihəsinin  çoxsəviyyəli strategiyası və Davamlı İnkişaf                           Məqsədlərinin əldə edilməsinə dəstək olmaq üçün biznes bilinci və fəaliyyətininin sürətləndirilməsi,
  • Hüquqi çərçivədə Davamlı İnkişaf  Məqsədlərinin həyata keçirilməsinə dəstəyin göstərilməsi,
  • Davamlı inkişaf üçün  dövlət-özəl tərəfdaşğı,
  • Səyahət, turizm və qonaqpərvərlik  təcrübələrinin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması,
  • Elmi bilik və informasiyanın paylaşılması,
  • Davamlı inkişaf üçün innovasiya və texnologiyanın  rolu,
  • İnsanın əsas ehtiyacları ilə bağlı elmi araşdırmalar,
  • Davamlı İnkişaf Məqsədlərində İnformasiya  Kommunikasiya Texnologiyalarının  rolu,
  • Elm, ətraf mühit  və davamlı inkişaf,
  • Davamlı İnkişaf üçün Sağlamlıq Araşdırmaları,
  • Elm və Texnologiya,
  • Elm və Təhsil,
  • Davamlı İnkişaf Məqsədləri və  Ali təhsil müəssisələrinin rolu,
  • Sülh və münaqişələrin həlli üçün elm,
  • Davamlı İnkişaf Məqsədlərinə İstiqamət: Gender Sxemi,Tədqiqat və Təcrübə.
  •  Sosial tələblər və insan ləyaqəti,
  • 2030-cu ilə qədər bütün insanların həyatını dəyişmək üçün sosial müdafiə,
  • Etik məsələlər,
  • Elmdə iştirakın genişləndirilməsi,
  • Müasir elm və digər bilik sistemləri.

 

Məqalənin təqdimat qaydası:

  •  A4 ölçülü kağız,
  • Altlıq və başlıqlara icazə verilmir,
  • Səhifələr nömrələnməməlidir,
  • Məqalənin başlıq ölçüsü 14, Times New Roman
  • Məqalənin  alt başlıq ölçüsü 12, Times New Roman
  •  Məqalənin şrift ölçüsü 12, Times New Roman

Birinci səhifədə,

  • Məqalənin adı,
  •  əllifin adı,
  • əllifin iş yeri,
  •  əllifin e-poçt ünvanı,

İkinci səhifədə,

  • 100-120 sözdən ibarət xülasə,
  • Açar sözlər (5-6 söz)

Üçüncü səhifədə,

  • Bütöv məqalə-  3000 sözdən az olmamalı,

Son səhifə,

  •  Ədəbiyyat siyahısı

 

Konfransda aşağıdakı təqdimat formatları ilə çıxış etmək olar:

  • Məqalə təqdimatı
  • Video təqdimatı
  • Poster təqdimatı

 

Məqalələr orijinal olmalı və indiyə qədər heç bir yerdə çap edilməməlidir.Daxil olan bütün məqalələr  Konfransın  Elmi Rəyçi qrupu tərəfindən nəzarətdən keçiriləcəkdir. Məqaləsi qəbul olunan müəlliflər konfransa spiker kimi məqalə və təqdimatlarını təqdim etmək üçün dəvət olunacaqlar.

Məqalə və xülasələr ingilis dilində yazılmalıdır.

Bütün konfrans materialları  “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində  elmin  rolu” adlı (İSBN nömrə ilə) xüsusi nömrədə çap olunacaqdır.

Məqalə/Təqdimatların  göndərilməsi üçün son tarix: 1 Noyabr,2017-ci il

Məqalələr bu elektron ünvana göndərilməlidir: 2017sdgs@gmail.com

Çap olunmuş materiallar  məcmuəsinin paylanması :     24-25 Noyabr, 2017





Partnyorlar












Media Partnyor




Faydalı Linklər